Bölgə klubunda yeni baş məşqçi

17:15 - 4 Sentyabr 2025

Azərbaycan II Liqasında mübarizə aparan “Şəki”nin baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

UEFA Pro lizensiyalı Bəhmən Həsənovla 1+1 illik müqavilə imzalanıb. Samet Yılmaz Aker qapıçılar üzrə məşqçi, Zeynal Hüseynov isə köməkçi məşqçi təyin olunub.

Qeyd edək ki, Bəhmən Həsənov “Muğan” və “Rəvan” klublarının baş məşqçisi olub.

Xəbər xətti