"Mançester Yunayted" niderlandlı futbolçuya klub axtarır

19:27 - 4 Sentyabr 2025

Tayrell Malasia "Mançester Yunayted"dən ayrılacaq.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim niderlandlı futbolçunun xidmətində maraqlı deyil. Bu barədə ESPN televiziyası məlumat yayıb.

Malasianın "Elçe"yə transferi son anda baş tutmayıb. Premyer Liqa nəhəngi 26 yaşlı sol cinah müdafiəçisini transfer pəncərəsi bağlanmayan Türkiyə və Səudiyyə Ərəbistanı klublarına icarəyə verməyə çalışır.

Qeyd edək ki, "Mançester Yunayted" Tayrell Malasianı 2022-ci ilin yayında PSV-dən transfer edib. Niderland millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında sabiq klubunda çıxış edib.

Xəbər xətti