Azərbaycan milli komandasının məşqçisi Rəşad Eyyubov DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Sportal.az mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
"Məşqimizi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındığını sabah görəcəyik. Keyfiyyət baxımından futbol kollektiv oyundur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, yaxşı oyun göstərmək üçün gücümüz, keyfiyyətimiz var".
Mirbağırağa
saytlarin hazirlanmasi