"Neftçi"nin sabiq kapitanı Flavinyo Sportal.az açıqlama verib. Braziliyalı "ağ-qaralar"ın hazırkı durumunu dəyərləndirib.
Onun sözlərinə görə, "Neftçi"nin işlərinə qaydasına düşə bilər:
"Çempionatın başlanğıcının çətin olacağını bilirdim. Qalib gəlmək üçün təzyiq böyükdür və təəssüf ki, "Neftçi" hələ də qalib gəlməyib. Düzünü desəm, komandanın yaxşı transferlər edib-etmədiyini bilmirəm. Çünki son matça tam baxa bilmədim. Amma dəqiq olan odur ki, baş məşqçinin sərəncamında yeni oyunçular və hədəflər var. Ümid edirəm ki, hər şey yaxşı alınacaq".
2010-2015-ci illərdə "Neftçi"nin formasını geyinmiş braziliyalı Bakı klubunun çıxışını indi də izlədiyini söyləyib:
"Neftçi"nin son bir neçə ildəki uğursuzluqları dəyişməsi öz ixtiyarındadır. Əgər bir oyunda qalib gəlsələr, özünəinam qayıdacaq və hər şey dəyişəcək. Mən hər zaman "Neftçi"yə azarkeşlik edirəm və onların uğurlu çıxışını izləyirəm. İnanıram və ümid edirəm ki, "Neftçi"də hər şey daha yaxşı olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi