"Qarabağ"ın rəqibi qələbəni son dəqiqələrdə əldən verdi - VİDEO

11:34 - 14 Sentyabr 2025

İngiltərə Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Çelsi" "Brentford"un qonağı olub və görüş 2:2 hesabı ilə başa çatıb.

“Brentford” – “Çelsi” 2:2
Qollar:
Şade 35, Karvalyo 90+3 - Palmer 61, Kaysedo 85

Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. 4-cü tur çərçivəsində "Çelsi" Bakıya səfər edəcək. 5 noyabr tarixində keçiriləcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. 

Xəbər xətti