“Qarabağ”ın Çempionlar Liqasında rəqiblərindən olan “Benfika”da yeni təyinat baş tuta bilər.
Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, Tomas Amaral Lissabon təmsilçisinin yeni idman direktoru vəzifəsinə dəvət ediləcək. “Spartak”(Moskva)klubunda da işləmiş Amaralla danışıqlara start verilib.
Joao Noronha Lopesin klub prezidenti seçiləcəyi təqdirdə, Amaralın təyinatı dərhal gerçəkləşəcək. Klub prezidenti seçkiləri oktyabrın 25-də baş tutacaq.
Xatırladaq ki, ÇL-in 1-ci turu çərçivəsində keçiriləcək "Benfika" - "Qarabağ" görüşü sabah baş tutacaq. Oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.
saytlarin hazirlanmasi