“Difai FK” və “Hilal FK” komandaları Ağsu futbolunun inkişafı naminə əməkdaşlığa imza atıb.
Sportal.az xəbər verir ki, Ağsu şəhərinin təmsilçiləri olan bu iki klub, birgə layihələr və qarşılıqlı dəstək sayəsində həm gənc istedadların yetişdirilməsinə, həm də bölgə futbolunun yüksəlişinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, "Difai" I Liqada 4 turdan sonra 1 xalla sonuncu-onuncu pillədədir.
saytlarin hazirlanmasi