Manuel Noyer Almaniya millisinə qayıda bilər.
Sportal.az xəbər verir ki, "Bild"in məlumatına görə, bunun üçün tək bir şərt var: baş məşqçi Julian Nagelsmann qapıçı ilə şəxsən danışmalıdır.
Məşqçi ilk addımı atmalı və 39 yaşlı futbolçuya açıq şəkildə göstərməlidir ki, ona ehtiyac var və ona güvənirlər.
Bildirilir ki, Nagelsmann ilə Noyer arasında münasibətlər yaxşı deyil və heç vaxt ideal olmayıb. Onlar heç vaxt yaxın əlaqədə olmayıb və yalnız peşəkar məqsədlərlə ünsiyyət qurublar.
saytlarin hazirlanmasi