DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa millisi ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərin suallarını cavablandırıb:
"Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur. Önəmli olan bu rəqibə qarşı necə reaksiya verməyimizdir. Hazırlıqlarımızı bu gün tamamlayacağıq. Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq".
- Millinin ən çox formada olan oyunçularından birisən. "Qarabağ"ın heyətində Çempionlar Liqasında önəmli fiqurlarından birisən. Son 2-3 gündə futbolçularla özün şəxsən psixoloji baxımdan, dəstək üçün söhbət aparmısan?
- Oyundan öncə komanda yoldaşlarımızla bu matç haqda danışmışıq. Bütün komanda olaraq hamımız hazır olmalıyıq. Bu barədə söhbətimiz çox olur. Hazırlığımız yaxşıdır. Sabah yaxşı mübarizə aparacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi