DÇ-2026-ya vəsiqə qazanan 20 yığma bəllidir

23:47 - 9 Oktyabr 2025

2026-cı il dünya çempionatının 20 iştirakçısı məlum olub.

Sportal.az xəbər verir ki, bu ay əvvəl Misir, daha sonra isə Əlcəzair mundiala vəsiqə qazanıb. Sentyabrda turnirin son mərhələsinə Uruqvay, Kolumbiya və Paraqvay, eləcə də Mərakeş və Tunis yüksəlib.

Daha öncə isə Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador və Braziliya yığmaları seçmə mərhələdən uğurla keçərək dünya çempionatına vəsiqə əldə etmişdilər. ABŞ, Kanada və Meksika isə ev sahibi kimi turnirdə iştirak edəcəklər.

Xatırladaq ki, ümumilikdə yarışda 48 komanda mübarizə aparacaq. Turnir gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Xəbər xətti