"Karvan-Yevlax" Misli Premyer Liqasının 10-cu turunda Şamaxı şəhər stadionunda "Zirə"yə 2:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Həşivom matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "CBC Sport" kanalını 10 illik yubileyi münasibətilə təbrik edirəm. Birinci hissədə qalib durumda idik. Rəqib hesabı bərabərləşdirəndən sonra əks-hücum qol vurub önə keçdik. 5-ci oyundur ki, standart vəziyyətdən qol buraxırıq. Deyirlər ki, Azər Həşimov standart vəziyyətləri bəhanə edir. Bəhanə deyil. Oyun haqda danışırıqsa, bunu vurğulamalıyıq. Futbolçulara daha diqqətli olmağı tapşırmışdıq. Məşqçi meydana çıxıb futbolçunun yerinə müdafiə olunmalı deyil. Nə qədər çalışırıq bunun öhdəsindən gələ bilmirik. Gələcəkdə daha da məsuliyyətli olacağıq. Jurnalistlərdən xahiş edirəm ki, diqqətli olsunlar. Deyirlər ki, Azər Həşimov futbolçuların kölgəsində qalır. Mən heç vaxt futbolçunun kölgəsində qalan biri deyiləm. 5 əvəzetmə olmuşdu, orada anlaşılmazlıq oldu. Araz Abdullayevi meydana buraxmaq istəyəndə dedim ki, 5 əvəzetmə olub. Ona görə də Arazı meydana buraxsaq, texniki məğlubiyyət ala bilərik. Bizim mehriban kollektivimiz var. Yeni yaranmış komandayıq. Problemlərimiz olurdu, yaxşı məşq edə bilmirdik. Artıq öz meydançamızda məşq edirik. Bunun nəticəsidir ki, son iki matçda yaxşı oyun göstəririk. Sadəcə nəticəyə görə məyusuq. Oyundan razı qaldım, amma nəticədən yox. Gələcəkdə bundan da dinamik komanda görəcəksiz.
- Standart vəziyyətlərin öhdəsindən gələ bilməməyiniz futbolçuların keyfiyyətli ile bağlıdır?
- Əlbəttə. Hansı mövqedə çatışmazlıqlar varsa, həftə ərzində onun üzərində işləyirik. Rəqibin boşluqlarını da təhlil edirik. Ancaq futbolçunun əvəzinə meydana çıxıb, müdafiə oluna bilmərik. Bu problem keyfiyyətlə bağlıdır.
- Birinci hissədə məcburiyyətdən dəyişiklik etdiniz. Bunun məğlubiyyətə nə dərəcədə təsiri oldu?
- Düz vurğulayırsız. Birinci hissədə Süleyman Əhmədov və Mikels zədələndi. Qavi Tompson də arxa əzələsindən zədə aldı. Məcburiyyətdən Uğuru da çıxardıq ki, boşluqları dolduraq.
- Araz Abdullayevin oynamamasının səbəbi nədir?
- "Turan Tovuz"la matçdan sonra arxa əzələsində problem çıxdı. Mikrozədədir. Növbəti həftə komandaya qoşulacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi
