"Trabzonspor"un futbolçusu Krist İnao Olayi Avropanın bir çox klublarının transfer siyahısına düşüb.
Sportal.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvünü heyətinə qatmaq istəyən klublar arasında "Mançester Siti" də var. Bu barədə "Teamtalk" məlumat yayıb.
Super Liqa nəhəngi 19 yaşlı yarımmüdafiəçini yanvar ayında satmağı düşünmür. Klub rəhbərliyi yayda isə gənc oyunçu üçün ən azı 40 milyon avro tələb edəcək.
Qeyd edək ki, "Trabzonspor" Krist İnao Olayini mövsümün əvvəlində "Bastiya"dan 5,5 milyon avroya transfer edib. O, Qara Dəniz təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
