"Beşiktaş"ın futbolçusu Braziliyadan qayıdacaq

20:25 - 11 Dekabr 2025

"Atletiko Paranaense" "Beşiktaş"dan icarəyə götürdüyü Elan Rikardo ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Braziliya klubu kolumbiyalı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə "RTI Esporte" məlumat yayıb.

B Seriyası təmsilçisi Rikardo üçün 5 milyon avroluq satınalma bəndini işə salmayacaq. Klub həmçinin, 21 yaşlı oyunçunu icarə müddətinin bitməsinə 6 ay qalmış, yəni yanvar ayında göndərəcək. Gənc oyunçu qış fasiləsində "Beşiktaş"a qayıdacaq.

Qeyd edək ki, "Atletiko Paranaense" Elan Rikardonu bu ilin avqust ayında icarəyə götürüb. Futbolçu komandanın heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti