“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager hesab edir ki, “Çelsi”də daxili problemlər yaşanır. Bundan əvvəl London klubu Premyer Liqanın 16-cı turunda “Everton”u 2:0 hesabı ilə məğlub edib. Bu, klubun son 5 oyundakı ilk qələbəsi idi.
Sportal.az xəbər verir ki, Karrageröz açıqlamasında bunları qeyd edib:
“‘Çelsi’də nəsə düzgün getmir. Bu problem uzun müddətdir mövcud idi, yoxsa son həftə-on gün ərzində aydın oldu, onu bilmirəm, amma Mareskanın açıqlamalarına görə, "Atalanta"ya (1:2) uduzduqdan sonra 48 saat ərzində yetərli dəstək almadığını deməsi narahatedici haldır.
Əgər siz ‘Çelsi’ azarkeşisinizsə, bu açıqlamalar sizi narahat etməlidir.
Mən Mareskanın böyük pərəstişkarıyam, amma görünür ki, hakimiyyət uğrunda mübarizə başlayır və bu heç vaxt yaxşı heç nə vəd etmir, xüsusən də baş məşqçi üçün.”
saytlarin hazirlanmasi
