"Partizan"ın hücumçusu Andrey Kostiç karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Milan" monteneqrolu forvardın transferini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Rossoneri" Kostiçlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Milan" 18 yaşlı forvard üçün Serbiya klubuna 5 milyon avroluq təklif göndərib. Bu təklifin yaxın zamanda qəbul olunacağı bildirilir.
Qeyd edək ki, "Partizan" Andrey Kostiçi mövsümün əvvəlində "Podqoritsa"dan 900 min avroya transfer edib. Monteneqro millisinin üzvü Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 9 qol vurub.
saytlarin hazirlanmasi
