I Liqa: Premyer Liqanı hədəfləyən klub ilin son matçına çıxır

10:18 - 24 Dekabr 2025

Bu gün I Liqada 12-ci tura veriləcək. 

Sportal.az xəbər verir ki, ilin son turu iki günü əhatə edəcək. 

Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyən "Səbail" "Şimal"la qarşılaşacaq.

"Mingəçevir" isə "Şahdağ Qusar"la qarşılaşacaq.

I Liqa
XII tur
24 dekabr 

14:00. “Mingəçevir” – “Şahdağ Qusar”  
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov. 
Hakim-inspektor: Ömər Paşayev. 
AFFA nümayəndəsi: Elçin Mehtiyev. 
Mingəçevir. Y.Məmmədzadə adına  şəhər stadionu, ehtiyat meydança. 

14:00. “Səbail” – “Şimal” 
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Nəriman Ağayev. 
Hakim-inspektor: Şahin Cəfərov. 
AFFA nümayəndəsi: Elgiz Abbasov. 
Bayıl. “ASCO Arena”. 

14:30. “Baku Sportinq” – “Zaqatala”
Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Şirmamed Mamedov, Şamil İmanzadə. 
Hakim-inspektor: Vüsal Əliyev. 
AFFA nümayəndəsi: Zümrüd Ağayeva. 
Buzovna qəsəbə stadionu.

Xəbər xətti