Futbolçu seçimi məşqçilik işinin ən vacib tərəflərindən biridir. Elə mütəxəssislər var ki, "iti gözü" var, elələri də var ki özləri uğurlu seçim edə bilmir, bu işi skautların vasitəsilə həyata keçirir.
Ayxan Abbasov məşqçilik bacarığı ilə yanaşı, həm də seleksiya işinin incəliklərini əla bilən mütəxəssislərimizdəndir. İşlədiyi bütün klublarda kiçik maaşa yaxşı futbolçular tapıb gətirməklə də ad çıxarıb.
Məsələn, onun gətirdiyi Aleks Souzanı "Turan Tovuz" 350 min avroya satıb. Bu, klub tarixinin ən bahalı satışı olub. Ayxan Abbasovun daha bir tapıntısı olan Otto Conun satışı da ötən mövsüm "Turan Tovuz"a təxminən 200 min dollar qazandırmışdı.
Ayxan Abbasovun hal-hazırda çalışdırdığı klub da satışdan pul qazana bilib. "Şamaxı" ötən mövsüm Beladji Pusini 200 min manata sata bilmişdi. Ayxan Abbasov "Turan Tovuz"a transfer etdiyi Pusini "Şamaxı"ya gətirmişdi.
Elə yalnız bu oyunçuları götürsək, Ayxan Abbasovun Azərbaycan klublarına futbolçu satışından 1 milyon manatdan çox qazandırdığını deyə bilərik.
saytlarin hazirlanmasi
