Almaniya Bundesliqasında 16-cı tura start verilib.
Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt" doğma meydanda "Borussiya"nı qəbul edib. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.
Xallarını 33-ə yüksəldən "Borussiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Ayntraxt" isə 7-ci yerdədir.
Qeyd edək ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu 21 yanvar tarixində Bakıda baş tutacaq.
"Ayntraxt" - "Borussiya" 3:3
Qollar: Can Uzun, 22, Yunes Ebnutalib, 71, Mahmud Dahud, 90+2 - Maksimilian Bayer, 10, Feliks Nmeça, 66, Karni Çukvuemeka, 90+6
