"Liverpul"un müdafiəçisi İtaliyada ümidləri doğrultmadı

18:25 - 10 Yanvar 2026

"Roma"nın müdafiəçisi Kostas Tsimikas qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Müqavilə ilə "Liverpul"a məxsus olan 29 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqasından iki klub maraqlanır.

Tsimikas hazırda "Roma"da icarə əsasında çıxış edir. Lakin yunanıstanlı sol cinah müdafiəçisi baş məşqçi Can Pyero Qasperininin planlarında yer almır. İtaliya klubu bu səbəbdən yanvar ayında futbolçunun icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi variantını nəzərdən keçirməyə hazırdır.

Tsimikas cari mövsümdə "canavarlar"ın heyətində bütün turnirlərdə 13 matça çıxıb, 1 məhsuldar ötürmə edib və ümumilikdə 525 dəqiqə meydanda olub.

Xəbər xətti