Türkiyəli müdafiəçi "Əl-Nəsr"ə keçir

19:12 - 10 Yanvar 2026

"Trabzonspor"un müdafiəçisi Serdar Saatçı karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr" türkiyəli müdafiəçini icarəyə götürüb. Bu barədə "HT Sppor" məlumat yayıb.

Saatçı tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Asiya ölkəsinə yola düşüb. Ərəblər 2,5 milyon avro ödəməklə 22 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə biləcək.

Qeyd edək ki, "Trabzonspor" Serdar Saatçını 2024-cü ilin yayında "Braqa"dan transfer edib. Türkiyə U-21 millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti