Flikin "Barselona"da 100-cü matçı - 75 qələbə...

23:47 - 28 Fevral 2026

Hansi Flick "Barselona"nın baş məşqçisi kimi 100-cü oyununa çıxıb. Bu gün kataloniyalılar "Vilyarreal"ı La Liqanın 26-cı turunda 4:1 hesabı ilə məğlub ediblər.

Sportal.az xəbər verir ki, alman mütəxəssisin rəhbərliyi altında "Barselona" 75 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 16 məğlubiyyət alıb. Komanda 281 qol vurub, 119 qol buraxıb.

"Barselona" Fliklə birlikdə 4 titul qazanıb: İspaniya La Liqası, İspaniya Kuboku və iki dəfə İspaniya Superkuboku.

Xəbər xətti