Azərbaycanlı futbolçular Albaniyada qarşı-qarşıya gəldi

23:26 - 28 Fevral 2026

Albaniyada futbol üzrə Superliqanın 26-cı turu keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani"(Tirana)doğma meydanda millimizin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əliyev matçı sonadək oynayıb, İsgəndərli isə bütün qollar vurulduqdan sonra, 88-ci dəqiqədə meydanı tərk edib.

Hazırda "Eqnatiya" turnir cədvəlində 46 xalla 3-cü, "Partizani" isə 39 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti