“Real” və Braziliya milli komandasının futbolçusu Rodriqonun zədələnməsi barədə xəbər vermişdik.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, braziliyalı uzun müddət oynaya bilməyəcək. Tibbi müayinə zamanı 25 yaşlı cinah oyunçusuna sağ ayağında ön çarpaz bağın cırılması və yan menisküsün zədələnməsi diaqnozu qoyulub.
Bu diaqnoz ictimaiyyətə açıqlandıqdan sonra braziliyalı sosial mediada azarkeşlərinə təsirli bir mesajla müraciət edib. Rodriqo ən böyük qorxusu ilə üzləşdiyini etiraf etdi:
“Bu, həyatımın ən pis günlərindən biri oldu. Mən həmişə elə bu zədədən qorxmuşam... Bəlkə də həyat son vaxtlar mənə qarşı qəddarlaşıb. Bilmirəm, buna layiqəm, yay ox… Amma nədən şikayətlənə bilərəm? Layiq olmadığım o qədər gözəl şeylər yaşamışam ki”.
O, məcburi fasilənin peşəkar karyerasının ən ciddi sınağı olacağını vurğulayıb: “Həyatımda, karyeramda ciddi bir maneə yaranıb ki, bu da bir müddət ən çox sevdiyim işi görməməyimə səbəb olacaq. Mövsümün qalan hissəsini klubumda oynaya bilməyəcəm və milli komandamla xəyalım olan dünya çempionatında iştirak edə bilməyəcəm. Edə biləcəyim tək şey həmişə olduğu kimi güclü qalmaqdır. Dualarınız, mesajlarınız və sevginiz üçün hamınıza təşəkkür edirəm!".
saytlarin hazirlanmasi
