Səudiyyə Ərəbistanı klubundan Levandovskiyə rəsmi təklif - illik 90 milyon avro

23:21 - 13 May 2026

Robert Levandovski demək olar ki, "Barselona"dan ayrılmağa razılaşıb.

Sportal.az xəbər verir ki, hücumçunun "Əl Hilal"dan rəsmi təklifi var və o, bu təklifi qəbul etmək istəyir 37 yaşlı polşalı futbolçuya ildə 90 milyon avro maaş təklif olunur.

Bildirilir ki, Avropada karyerasını davam etdirmək Robert Levandovski üçün o qədər də maraqlı olmayıb. Çünki o, milli komandadakı karyerasını uzatmaq məqsədilə məşq yüklərini azaltmaq istəyir. Səudiyyə Ərəbistanında isə daha yüngül rejim və eyni zamanda daimi oyun praktikası əldə edəcək.

Xəbər xətti