Azərbaycanın U-21 yığmasının üzvü Murad Məmmədov "Pafos"a keçib.
Sportal.az xəbər verir ki, bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" Məmmədovun ayrılığı və Kipr klubuna keçidi ilə bağlı bu cür paylaşım edib:
"Neftçi" PFK-nın yetirməsi, kiçik yaşlarından ağ-qara formanı geyinən Murad Məmmədov Kiprin “Pafos” klubuna keçir. 20 yaşlı futbolçumuza “Neftçi”dəki xidmətlərinə görə təşəkkür edir, Avropada uğurlar arzulayırıq. Yaxşı yol Murad, yolun açıq, uğurların bol olsun!".
Qeyd edək ki, 2024/25 mövsümündən əsas komandanın şərəfini qoruyan Murad Məmmədov bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 milli komandasının heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.

