"Tottenhem" Markos Senesi transferini tamamlamağa yaxındır.
Sportal.az BBC-yə istinadən xəbər verir ki, London klubu müdafiəçi ilə müqavilə şərtlərini demək olar ki, razılaşdırıb. Futbolçu "Bornmut"dan azad agent kimi ayrılacaq.
Bundan əvvəl 29 yaşlı argentinalı oyunçu ilə "Mançester Yunayted" və "Çelsi"nin də maraqlandığı bildirilirdi.
Markos Senesi ötən mövsüm Premyer Liqada 37 oyunda meydana çıxıb və 5 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi
