Cənubi Afrika Respublikası milli komandası vaxtında Meksikaya uça bilməyib.
Sportal.az ABŞ mətbuatına istinadən xəbər verir ki, milli komandanın bəzi üzvlərinin viza problemləri səbəbindən uçuş baş tutmayıb. Çarter reysi isə təxirə salınıb. Problem həll olunana qədər CAR yığması təlim-məşq toplanışını öz ölkəsində davam etdirəcək.
Sonradan isə komanda çarter reysi ilə Mexiko şəhərinə yollanacaq. Qeyd edək ki, CAR DÇ-də ilk oyununu iyunun 11-də Meksikaya qarşı keçirəcək.
saytlarin hazirlanmasi
