"Liverpul" Andoni İraola ilə rəsmi danışıqlara başlamağa hazırlaşır.
Sportal.az BBC-yə istinadən xəbər verir ki, klubla mütəxəssis arasında rəsmi təmaslar gələn həftə başlayacaq. Daha əvvəl "Bornmut"a rəhbərlik etmiş İraola, şənbə günü vəzifəsindən uzaqlaşdırıldığı açıqlanan Arne Slotun yerinə əsas namizəd hesab olunur.
Qeyd edilir ki, hazırda “Liverpul”un idman direktoru olan Riçard Huqes 2023-cü ildə İraola “Bornmut”un baş məşqçisi təyin olunarkən həmin klubda çalışırdı.
İraolanın xidmətində yalnız “Liverpul” maraqlı deyil. İspaniyalı mütəxəssisi həmçinin "Milan", "Kristal Pelas" və "Bayer" də heyətinə qatmaq istəyir.
saytlarin hazirlanmasi
