Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının iyunun 5-də Malta yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü öncəsi təşkil olunacaq mətbuat konfransının və açıq məşqinin vaxtı məlum olub.
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov saat 19:30-da media nümayəndələrinin qarşısına çıxacaq:
4 iyun
Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.
saytlarin hazirlanmasi
