"Araz-Naxçıvan"da 10 ayrılıq - RƏSMİ

15:16 - 2 İyun 2026

Yeni mövsümlə bağlı çalışmalarını davam etdirən “Araz-Naxçıvan” 10 futbolçu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi müqaviləsi başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb. Klub rəhbərliyi onlara xidmətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli növbəti mövsümdə də “Araz-Naxçıvan”ın heyətində çıxış edəcək.

Xəbər xətti