Fransa klubu "Fənərbaxça"dan 50 milyon avro tələb edir

16:15 - 2 İyun 2026

"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə BBC televiziyası məlumat yayıb.

Fransa klubu Qrinvudu satmağın əleyhinə deyil. Onlar 24 yaşlı futbolçu üçün 50 milyon avro tələb edirlər. Oyunçunun satışından əldə olunacaq gəlirin 60 faizi onun sabiq klubu "Mançester Yunayted"in olacaq.

Qeyd edək ki, Meyson Qrinvud 2024-cü ilin yayından "Marsel"də çıxış edir. İngiltərə millisinin sabiq üzvü 2025/226 mövsümündə "Marsel"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 26 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti