Sarri A Seriyası klubu ilə müqavilə imzaladı

18:35 - 15 İyun 2026

İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Mauritsio Sarri çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

67 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Mauitsio Sarrinin son iş yeri 2025/26 mövsümünün sonunda ayrıldığı "Latsio" olub.

Xəbər xətti