"Yuventus" cinah hücumçusu Jeremi Boqanın transfer hüquqlarını tamamilə əldə edib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi 29 yaşlı Kot-d’İvuar millisinin üzvü üçün satınalma bəndini aktivləşdirib. Müqaviləyə əsasən, "Nitsa" klubuna iki il ərzində 4,8 milyon avro ödəniləcək. Bundan əlavə, əməliyyatla bağlı əlavə xərclərin 0,8 milyon avroya qədər çata biləcəyi bildirilir.
Boqa ilə yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Futbolçu ötən qış transfer pəncərəsində icarə əsasında “Yuventus”a qoşulmuşdu. O, ötən mövsüm Seriya A-da 15 oyunda iştirak edərək 4 qol vurub və klub rəhbərliyini razı saldığı üçün onun transferi birdəfəlik rəsmiləşdirilib.
saytlarin hazirlanmasi
