XXI əsrdə qüvvədə olan Avropa çempionunun dünya çempionatındakı ilk oyununu qazanması hələ də baş verməyib.
Sportal.az xəbər verir ki, bu statistika İspaniya millisinin DÇ-2026-da Kabo Verde yığması ilə 0:0 hesablı heç-heçəsindən sonra da qüvvədə qalıb.
Son nümunələr belədir:
2026: İspaniya (AVRO-2024 çempionu) – Kabo-Verde ilə 0:0.
2022: Italiya (AVRO-2020 çempionu) mundiala vəsiqə qazana bilmədi.
2018: Portuqaliya (AVRO-2016 çempionu) – İspaniya ilə 3:3.
2014: İspaniya (AVRO-2012 çempionu) – Niderlanda1:5 hesabı ilə məğlub oldu.
2010: İspaniya (AVRO-2008 çempionu) – İsveçrəyə 0:1 hesabı ilə uduzdu.
2006: Yunanıstan (AVRO-2004 çempionu) dünya çempionatına qatıla bilmədi.
2002: Fransa (AVRO-2000 çempionu) – Seneqala 0:1 hesabı ilə məğlub oldu.
Beləliklə, son 25 ildə Avropa çempionları ya ilk oyunda xal itirib, ya da ümumiyyətlə dünya çempionatına vəsiqə qazana bilməyiblər.
saytlarin hazirlanmasi
