"Zirə" Qismət Alıyevin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kapitanla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Qismət Alıyev 2020-ci ilin oktyabrından "Zirə"də çıxış edir. Azərbaycan milli komandasının üzvü olan 29 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm "qartallar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
