Lionel Messi dünya çempionatları tarixində vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.
Sportal.az xəbər verir ki, Argentina millisinin hücumçusu 2026 dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Avstriyaya qarşı oyunda fərqlənib. Bu qol 38 yaşlı futbolçunun mundiallardakı 17-ci qolu olub.
Bununla da Messi dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında Miroslav Klozeni (16 qol) geridə qoyaraq rekordun yeganə sahibi olub.
Argentina millisinin kapitanı oyunun ikinci hissəsində daha bir dəfə fərqlənərək dünya çempionatlarındakı qollarının sayını 18-ə çatdırıb və rekordunu daha da yaxşılaşdırıb. Messi bununla mundial tarixinin ən məhsuldar futbolçusu statusunu möhkəmləndirib.
saytlarin hazirlanmasi
