Argentina millisinin baş məşqçisi Lionel Skaloni Avstriya üzərində 2:0 hesablı qələbədən sonra komandasının çıxışını dəyərləndirib.
Sportal.az xəbər verir ki, argentinalılar 2026 dünya çempionatının 2-ci turunda Lionel Messinin dublu sayəsində qələbə qazanıblar.
“Leo fəallaşanda hamı fəallaşır. Üzərində işləməli olduğumuz məqamlar var idi. Səbirli oynadığımız zaman lazımi ötürmələri tapa bildik.
Stadionda çoxlu ailələr var idi. Əgər orada olan uşaqlar komanda ilə bağlılıq hiss edirlərsə, bu, ən vacib məsələdir.
Əziyyət çəkməli olduğumuz anlarda bütün komanda birlikdə əziyyət çəkir. Bəzən top bizdə olmurdu və komandanın üstünlüyü ondadır ki, istənilən vəziyyətdə oynamağı bacarır”, – deyə Skaloni mətbuat konfransında bildirib.
saytlarin hazirlanmasi
