Keçmiş "Arsenal" müdafiəçisi Martin Kioun Argentina millisinin hücumçusu Lionel Messiyə qarşı fərdi nəzarət tətbiq edilməsini təklif edib.
Sportal.az xəbər verir ki, Messi 2026 dünya çempionatında keçirdiyi ilk iki oyunda 5 qol vurub.
“Komandaların artıq belə deməsinin vaxtı çatmayıbmı: Bilirsiniz nə var? Biz Messini fərdi nəzarətdə saxlayacağıq. Onun arxasınca gedəcəyik. Bir oyunçunu qurban verəcəyik və ona vaxtla boş sahə verməyəcəyik".
Ola bilsin ki, bundan sonra hər şey Argentina millisinin digər futbolçularından asılı olacaq və onların kifayət qədər yaxşı olub-olmamasından. Mən buna o qədər də əmin deyiləm.
Onların ehtiyat oyunçular skamyasından Xulian Alvarez meydana çıxır, bu, yaxşı xəbərdir. Rodriqo De Paul isə çox da hücuma meyilli futbolçu deyil. Cinah oyunçuları aqressiv deyillər. Topla sizə qarşı hücum etmək motivasiyaları yoxdur.
Elə isə niyə Messini fərdi nəzarətdə saxlamayaq? Turnir ərzində digər komandaların onun öhdəsindən necə gələcəyini izləmək maraqlı olacaq”, – deyə Kioun bildirib.
saytlarin hazirlanmasi
