İtaliyanın "Fiorentina" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası klubu "Qremio"da çıxış edən Vierinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Fiorentina" Vieri üçün Braziliya klubuna 17+2 milyon avro təzminat ödəyəcək. 21 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Vieri "Qremio"dan yeetirməsidir. Braziliyalı futbolçu cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
