İtaliyanın "Montsa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, A Seriyasına yüksələn kollektivi İvan Yuriç çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, İvan Yuriçin son iş yeri 2025-ci ilin noyabrında ayrıldığı "Atalanta" olub.
saytlarin hazirlanmasi
