"Napoli" Leonardo Spinatsolanın mövsümün sonunda başa çatab müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb.
İtaliya milli komandasının üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Leonardo Spinatsola 2024-cü ilin yayından "Napoli"də çıxış edir. 33 yaşlı sol cinah müdafiəçisi 2025/26 mövsümündə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
