"Fənərbaxça" Mert Hakanla bağlı qərar verdi

12:19 - 3 İyul 2026

"Fənərbaxça" müqaviləsi başa çatan Mert Hakan Yandaşla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi İstanbul nəhəngində qalacaq. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

Baş məşqçi İsmail Kartal Yandaşın komandada qalmasını istəyib. Təcrübəli futbolçu ilə yaxın günlərdə 1 illik sözləşmə imzalanacaq.

Qeyd edək ki, Mert Hakan Yandaş 2020-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. Türkiyə millisinin sabiq üzvü 2025/26 mövsümündə Super Liqa təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti