"Sabah"ın Çempionlar Liqası matçına nə qədər bilet satılıb?

13:18 - 3 İyul 2026

UEFA Çempionlar Liqası I təsnifat mərhələsinin “Sabah” - TNS oyununa bilet satışları davam edir.

Sportal.az xəbər verir ki, artıq maatçı üçün 3000 bilet satılıb. Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Sabah" - TNS qarşılaşması iyulun 7-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.


Xəbər xətti