İspaniya millisinin hücumçusu Mikel Oyarzabal DÇ-2026-nın 1/8 finalında Portuqaliya yığması ilə oyundan əvvəl Kriştiano Ronaldonun idman uzunömürlülüyü barədə danışıb.
Sportal.az xəbər verir ki, Oyarzabal bildirib ki, Ronaldo, Lionel Messi və Gilyerme Oçoa kimi oyunçuların etdiklərini təkrarlamaq çox çətindir:
“Onlar unikal futbolçulardır. Etdiklərini təkrarlamaq çox çətindir, hətta mümkünsüzdür. Həm Ronaldo, həm Messi, həm də dünya çempionatında oynamaq şansı qazanan Oçoa.
Düşünürəm ki, bəlkə də bu barədə lazım olduğu qədər danışılmır. Çünki onlar həmişə layiqli çıxış edir və etdikləri işdən maksimum nəticə almaq istəyirlər. Amma bu yaşda burada olmaq və belə səviyyədə rəqabət aparmaq artıq özlüyündə böyük nailiyyətdir”, – deyə Oyarzabal bildirib.
