"Nyukasl" Johan Manzambini transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, İinsayder Fabritso Romanonun məlumatına görə, “Nyukasl” "Fraybuq" və İsveçrə millisinin 20 yaşlı yarımmüdafiəçisini heyətinə qatmağa çalışır. Transferin mümkün məbləği açıqlanmasa da, son günlər klublar arasında bu keçidlə bağlı müzakirələr aparılıb və indi İngiltərə təmsilçisi rəsmi təklif etməyə hazırdır.
Manzambi hazırda DÇ-2026-da İsveçrə yığmasının düşərgəsindədir və turnirdə keçirdiyi 4 oyunda 5 məhsuldar hərəkətlə fərqlənib. 3 qol, 2 assist.
O, ötən mövsüm Bundesliqada 27 matçda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi
