"Şamaxı" 21 yaşlı müdafiəçini transfer etdi - RƏSMİ

22:11 - 5 İyul 2026

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi cinah müdafiəçisi Hacıəli Şirəliyevi heyətinə qatıb. 21 yaşlı futbolçu ilə üç (2+1) illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Şamaxı" daha öncə Sənan Muradlı ("Sumqayıt" ) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2") və Okan Təhməzlini (“Qəbələ”) kluba transfer edib.

Xəbər xətti