TNS klubunun baş məşqçisi Kreyq Harrison sabah Masazırda “Sabah”a qarşı keçiriləcək Çempionlar Liqasının seçmə mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Harrison Azərbaycan çempionunun "Qarabağ"ı qabaqlaması haqda da danışıb:
"Düşünürəm ki, "Sabah" yəqin ki, düşə biləcəklər arasında ən güclüsü idi. "Qarabağ"ın dominantlığını qırmaq asan məsələ deyil. Səfərdə keçiriləcək ilk oyun bizə müəyyən imkanlar verir: nə etməli olduğumuzu başa düşürük. Rəqibinizi istədiyiniz qədər analiz edə bilərsiniz, ancaq səviyyəsini yalnız oyunda görə bilərsiniz. İki oyunluq oyunda şanslarımızı qorumaq bizim üçün çox vacibdir və onlardan nə tələb olunduğunu bilən təcrübəli oyunçularımız var".
saytlarin hazirlanmasi
