"Atletiko"dan 40 milyon avroluq transfer

17:14 - 6 İyul 2026

"Atletiko" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi PSJ-də çıxış edən Li Kan İnin keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Atletiko" cənubi koreyalı hücumameyilli yarımmüdafiəçisi üçün Fransa klubuna 40 milyon avro təzminat ödəyəcək. 25 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, PSJ Li Kan İni 2023-cü ilin yayında "Malyorka"dan 22 milyon avroya transfer edib. Cənubi Koreya millisinin üzvü 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti