Mançester Siti"nin və Norveç yığmasının hücumçusu Erlinq Halandın atası Alf-İnge Haland oğlunun gələcəkdə "Real" a mümkün keçidi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Sportal.az xəbər verir ki, o, 25 yaşlı forvardın İngiltərə klubunda xoşbəxt olduğunu deyib:
"Digər klubların işi haqqında çox danışmaq istəmirəm. Erlinq "Mançester Siti"də xoşbəxtdir, onun uzunmüddətli müqaviləsi var. Lakin hər bir futbolçu "Real"da oynamaq istəyər".
Mümkün transferlə bağlı dəqiqləşdirici suala isə o, belə cavab verib:
"Bəlkə də, bəlkə də... Futbolda həmişə imkanlar var", - deyə DAZN Alf-İnge Halandın sözlərindən sitat gətirir.
Bu sözlər Norveçin DÇ-2026-da Braziliyaya qarşı keçirdiyi və Erlinq Halandın dubl edərək komandasına 2:1 hesablı qələbə qazandırdığı matçdanaz əvvəl səslənib.
saytlarin hazirlanmasi
