"Zirə" transfer çalışmalarını davam etdirir.
Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Rafael Verneki heyətinə qatmağı planlaşdırır.
Braziliyalı mərkəz müdafiəçinin “Zirə”yə keçidi an məsələsidir. Əgər tərəflər arasında yekun razılıq olarsa, 21 yaşlı futbolçu ölkəmizə gələcək, müqavilə imzalanacaq.
“Sfera”nın(Braziliya) yetirməsi olan Rafael “Quarani”(U-20), “San Bento”(U-20) klublarında oynadıqdan sonra yayda Bəhreynin “Ə-Əli” klubuna keçib.
